Qazaxda məktəblilər arasında intellektual yarışa start verilib

Qazax Gənclər Evində keçirilən “Məktəblilər arasında intellektual yarış” layihəsinin seçim turunda Qazax və Ağstafadan 20 komanda iştirak edib. Onlardan 8-i yarımfinala vəsiqə qazanıb. Final sentyabrın 24-də keçiriləcək.

84

Qazax və Ağstafa rayonlarından olan məktəblilərin iştirakı ilə “Məktəblilər arasında intellektual yarış” layihəsi çərçivəsində yarışlara start verilib. Sentyabrın 21-də Qazax Gənclər Evində keçirilən seçim turunda 20 komanda mübarizə aparıb. Onlardan 8-i yarımfinal mərhələsinə vəsiqə qazanıb.

MSNews.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Yarışın birinci yarımfinalı sentyabrın 22-də baş tutacaq. Bu mərhələdə Ağstafa rayonunun Vurğun qəsəbə H. Əzizov adına tam orta məktəbinin “Qarabağ”, Qazax rayonunun Yuxarı Salahlı kənd Z. Mahmudov adına tam orta məktəbinin “Zirvə”, müstəqil “United Steaks” və Qazax rayonunun Çaylı kənd E. Cəfərov adına 2 saylı tam orta məktəbinin “Hədəf” komandaları finala vəsiqə uğrunda yarışacaqlar.

Sentyabrın 23-də keçiriləcək ikinci yarımfinalda isə Qazax rayonunun Ağköynək kənd Ş. Çobanov adına tam orta məktəbinin “Yupiter”, Kosalar kənd İ. Şıxlı adına tam orta məktəbinin “Viktoriya”, Ağstafa rayonunun Dağkəsəmən kənd İ. Salıfov adına 2 saylı tam orta məktəbinin “Dağkəsəmən-2” və Həsənsu kənd A. Mustafayev adına tam orta məktəbinin “Viktoriya” komandaları finalın son iki vəsiqəsi uğrunda mübarizə aparacaqlar.

Yarışın final mərhələsi sentyabrın 24-də keçiriləcək.

Avqustun 1-də başlayan və sentyabrın 30-dək davam edəcək layihənin tərəfdaşları “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyidir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.