5 qat Olimpiya çempionu Fransa prezidentliyinə namizəd oldu

Fransanın əfsanəvi cüdoçusu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. 37 yaşlı idmançı siyasi qüvvələr arasında birlik yaratmaq və ölkədəki sosial problemləri həll etmək istədiyini bildirib.

16

Fransanın tanınmış cüdoçusu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. 37 yaşlı idmançı ölkənin üzləşdiyi sosial və siyasi problemlər qarşısında kənarda qalmaq istəmədiyini bildirib.

MSNews.az xəbər verir ki, Riner bu barədə noyabrın 9-da sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə bəyan edib. O, eyni zamanda “Le Parisien” qəzetinə müsahibəsində siyasi fəaliyyətə başlamaq qərarının səbəblərini açıqlayıb.

“Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq məğlubiyyəti qəbul etmək deməkdir. Mən kənardan müşahidəçi olaraq qalmaq istəmirəm. 2027-ci il prezident seçkilərində namizədliyimi irəli sürürəm”, – deyə Riner bildirib.

İdmançı Fransanın mövcud problemləri aradan qaldırmaq üçün birlik, sağlam düşüncə və məsuliyyətə ehtiyac duyduğunu vurğulayıb.

“Ölkəmizin qarşılaşdığı sınaqlardan çıxmaq üçün yüksək tələblər, sağlam düşüncə və birlik gücü lazımdır. Biz təslim olmuruq”, – deyə o qeyd edib.

“Le Monde” nəşrinin məlumatına görə, Riner özünü nə sağçı, nə də solçu siyasətçi kimi təqdim edir. O, fransızları siyasi fikir ayrılıqlarından asılı olmayaraq birləşdirən prezident olmaq istədiyini açıqlayıb.

Cüdoçunun sözlərinə görə, siyasi fəaliyyətə başlamaq barədə ilk dəfə 2024-cü il Paris Olimpiadası zamanı düşünüb. Həmin dövrdə ölkədə yaranan birlik mühitinin sonradan siyasi və sosial qarşıdurmalarla əvəzlənməsi onun qərarına təsir göstərib.

Riner prezidentlik kampaniyası üçün “İstədiyimiz Fransa” (La France qu’on veut) şüarını seçib. O, ətrafına müxtəlif sahələrdən təxminən 20 mütəxəssis topladığını bildirib. Rəsmi namizəd kimi qeydiyyatdan keçmək üçün isə seçilmiş vəzifəli şəxslərdən ən azı 500 dəstək imzası toplamalıdır.

Qeyd edək ki, Teddi Riner beşqat Olimpiya və 12 qat dünya çempionudur. O, siyasi fəaliyyətə başlamasına baxmayaraq, idman karyerasını tam başa vurmaq niyyətində olmadığını, şərait imkan verərsə, 2028-ci il Los-Anceles Olimpiadasında da iştirak etmək istədiyini bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti