Çexiyalı nazir qadın hokkeyçiləri təhqir etdi – Həyat yoldaşından sərt reaksiya

Çexiyanın xarici işlər naziri Petr Matsinka qadın hokkeyçilər barədə səsləndirdiyi fikirlərə görə üzr istəyib. Nazir həyat yoldaşının onu sərt tənqid etdiyini və qızlarını hokkeyə yazdıracağını söylədiyini açıqlayıb.

12

Çexiyanın xarici işlər naziri Petr Matsinka qadın hokkeyini kişilərə məxsus idman növü adlandırdığına və rusiyalı qadın hokkeyçilər haqqında işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəyib. Nazir etiraf edib ki, açıqlamasından sonra həyat yoldaşı onu evdə sərt şəkildə danlayıb.

MSNews.az xəbər verir ki, Matsinka noyabrın 8-də “CNN Prima News” telekanalında keçirilən debat zamanı Rusiyanın qadın hokkeyçilərdən ibarət komandasının Çexiyada təşkil olunacaq 18 yaşadək qızlar arasında dünya çempionatına buraxılması məsələsini şərh edib.

Nazir hokkeyi kişi idmanı hesab etdiyini bildirib və rusiyalı qadın idmançılar haqqında “kişiyə oxşayan qadınlar” ifadəsini işlədib. Onun sözləri həm siyasi dairələrdə, həm də idman ictimaiyyətində etirazlarla qarşılanıb.

Bu barədə “iDNES.cz” məlumat yayıb.

Noyabrın 9-da hökumətin iclasından sonra jurnalistlər qarşısına çıxan Matsinka açıqlamasının yersiz olduğunu etiraf edərək üzr istəyib.

“Etiraf etməliyəm ki, dediklərim çox yersiz idi. Buna görə həqiqətən təəssüflənirəm və çox üzr istəyirəm”, – deyə nazir bildirib.

Matsinka ailəsində yaşanan reaksiyadan da danışıb:

“Deməliyəm ki, həyat yoldaşım məni evdə çox sərt danladı. O bildirdi ki, qızımız böyüyəndə hokkey oynamaq istəsə, onu hokkey komandasına yazdıracaq. Mən isə qızımızı müntəzəm olaraq məşqlərə aparmalı olacağam”.

“Novinky.cz” nəşrinin məlumatına görə, nazir bu hadisədən sonra hökumətdəki həmkarlarına məsələni iclas zamanı müzakirəyə çıxarmadıqları üçün də təşəkkür edib.

Matsinka Çexiyanın qadın hokkey millisinin baş meneceri ilə də telefonla danışaraq idmançılardan üzr istəyib. O bildirib ki, sözləri rusiyalı hokkeyçilərə ünvanlansa da, bunun ümumilikdə qadın idmanına mənfi təsir göstərdiyini anlayır.

Nazirin açıqlamasını Çexiyanın keçmiş xarici işlər naziri Yan Lipavski, bir sıra siyasətçilər və NHL-də çıxış edən çexiyalı hokkeyçilər də tənqid ediblər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti