Azərbaycanın 20 şəhər və rayonunda 600-dən çox gənci əhatə edən layihə həyata keçirilib
Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın 20 şəhər və rayonunda könüllü gənclərin bilik, liderlik və intellektual bacarıqlarının inkişafına yönəlmiş layihə həyata keçirilib. Təlim və intellektual oyunlara 600-dən çox gənc qatılıb.
Məktəblilər arasında intellektual yarışın ilk finalçıları müəyyənləşib
Qazax Gənclər Evində keçirilən “Məktəblilər arasında intellektual yarış” layihəsinin birinci yarımfinalında “United Steaks” və “Hədəf” komandaları finala vəsiqə qazanıblar. İkinci yarımfinal sentyabrın 23-də, final isə sentyabrın 24-də keçiriləcək.