Yohan Vadeful: “İsrailin təhlükəsizliyinin və mövcudluğunun yanındayıq”

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlinin İsrailin təhlükəsizliyini dəstəklədiyini bildirib. O, İranı İsrailin mövcudluğuna təhdid yaratmaqda ittiham edib.

47

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlinin İsrail dövlətinin təhlükəsizliyini və mövcudluğunu dəstəklədiyini bəyan edib. Nazir İran rəhbərliyini İsrailə qarşı düşmənçilik siyasəti yürütməkdə ittiham edib.

MSNews.az xəbər verir ki, Vadeful Bundestaqdakı çıxışında Almaniya hökumətinin İsrailə münasibətdə mövqeyinin dəyişmədiyini vurğulayıb.

“Öz adımdan və Almaniya hökuməti adından bildirirəm: Biz İsrail dövlətinin, onun təhlükəsizliyinin və mövcudluğunun yanındayıq”, – deyə nazir bildirib.

Vadeful İran hakimiyyətinin İsrail dövlətini məhv etməyə və yəhudiləri öldürməyə yönəlmiş ideologiya daşıdığını iddia edib. O, İsrailin bu təhlükəyə qarşı özünü müdafiə etdiyini vurğulayıb.

Almaniya XİN rəhbəri siyasi partiyaları və təşkilatları da İsrailin təhlükəsizliyi məsələsində mövqelərini açıq ifadə etməyə çağırıb.

Qeyd edək ki, Almaniya hökuməti İsrailin təhlükəsizliyini dövlət siyasətinin əsas prinsiplərindən biri hesab edir. Bununla yanaşı, Berlin daha əvvəl İsrailin Qəzza zolağındakı bəzi hərəkətlərini də tənqid edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti