Şamaxıda “Nəsimi Bağları” açıldı: İlk kapibara ferması da burada yerləşir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda yeni istifadəyə verilən “Nəsimi Bağları” kompleksi ilə tanış olublar. Burada 20 kottec, muzey, istirahət zonaları və Azərbaycanın ilk ixtisaslaşmış kapibara ferması yaradılıb.

44

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda yeni istifadəyə verilən “Nəsimi Bağları” turizm, mədəniyyət və istirahət kompleksi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov kompleksdə yaradılan şərait barədə məlumat verib.

“Nəsimi Bağları”nda ailəvi istirahət və əyləncə zonaları, muzey, restoran və kafelər, müxtəlif incəsənət nümunələri, turistlər üçün yaşayış məkanları yaradılıb. Kompleksin əsas binası informasiya və turizm mərkəzi kimi fəaliyyət göstərir.

Ərazidə hobbit evləri üslubunda yaradılan “Magic Village”, “Honey Nest” kafesi, uşaq oyun meydançası və 9 metrlik baxış qülləsi yerləşir. Tematik evlər turistlərin ilboyu qalması üçün uyğunlaşdırılıb.

Kompleksin diqqətçəkən hissələrindən biri “Capybara Land”dır. Rəsmi məlumata görə, bu, Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara fermasıdır. Ziyarətçilər burada heyvanları yaxından görə, onlara toxuna və yem verə biləcəklər.

“Nəsimi Bağları”nda Azərbaycan və xarici rəssamların yaratdığı 100-dən çox sənət əsəri və instalyasiya nümayiş etdirilir. Burada İmadəddin Nəsimiyə həsr olunan 21 metr hündürlüyündə monumental instalyasiya da quraşdırılıb.

Kompleksdə həmçinin 20 kottecdən ibarət şəhərcik, çimərlik hovuzu və məscid fəaliyyət göstərir. Ərazidə şam, pavlovniya və digər ağaclar, dekorativ bitkilər və üzüm bağları daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.