Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev və Mehriban Əliyeva yola salıblar.

Prezidentlər Xankəndidə Vətən Müharibəsi Qəhrəmanları ilə görüşüblər 

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbçilərlə görüşüblər. Görüşdə Mehriban Əliyeva, Leyla Əliyeva və Əminə Ərdoğan da iştirak ediblər.