Cəbrayılda 420 evlik Soltanlı kəndinin açılışı oldu

Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılın Soltanlı kəndinin açılışında iştirak ediblər. Kənddə 420 ev və 140 yerlik uşaq bağçası inşa olunub.

38

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Kənddə 420 fərdi yaşayış evi və müasir sosial infrastruktur yaradılıb.

MSNews.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib. Bu barədə Prezidentin rəsmi saytında məlumat dərc olunub.

Ümumi sahəsi 108,5 hektar olan kənddə 2, 3, 4 və 5 otaqlı 420 fərdi ev tikilib. Evlər su, elektrik, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin edilib, kənddaxili yollar asfaltlanıb.

Layihə çərçivəsində ikimərtəbəli inzibati bina, həkim-tibb məntəqəsi, çoxfunksiyalı xidmət binası və 140 yerlik körpələr evi-uşaq bağçası inşa olunub. Bağçada oyun, musiqi, kompüter və metodika otaqları, həmçinin yeməkxana yaradılıb. Çoxfunksiyalı binada aptek, market, dərzi, gözəllik salonu və digər xidmət obyektlərinin fəaliyyəti nəzərdə tutulur.

Qeyd edək ki, 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Soltanlı kəndi 2020-ci il oktyabrın 19-da Azərbaycan Ordusu tərəfindən azad olunub. Kəndin yenidən qurulması Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti