Ərdoğan Azərbaycana gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Ərdoğan və xanımı Əminə Ərdoğanı Füzuli hava limanında İlham Əliyev və Mehriban Əliyeva qarşılayıblar.

27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

MSNews.az xəbər verir ki, Türkiyə dövlət başçısının şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb. Qarşılanma mərasimində hər iki ölkənin prezidentləri və birinci xanımları iştirak ediblər.

Rəsmi səfər çərçivəsində Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş baş tutub.

Hər iki dövlət başçısı Şuşada mətbuata bəyanatlarla da çıxış edib. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayımlanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti