Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev və Mehriban Əliyeva yola salıblar.

İlham Əliyev və Ərdoğan Şuşada təkbətək görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada təkbətək görüş keçiriblər. Görüş Türkiyə liderinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.