Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev və Mehriban Əliyeva yola salıblar.

32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Türkiyə dövlət başçısını və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola salıblar.

MSNews.az xəbər verir ki, hava limanında Türkiyə liderinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa və Xankəndidə keçirilən tədbirlərdə iştirak edib. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi Şuşada təşkil olunub.

Şuşada İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib, daha sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq, enerji və nəqliyyat layihələri müzakirə olunub.

Səfər zamanı prezidentlər Xocalı Soyqırımı Memorialını və Xankəndidəki Zəfər abidəsini ziyarət edərək önlərinə əklillər qoyublar.

Bundan başqa, dövlət başçıları Xankəndidə Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüblər.

Noyabrın 8-də İlham Əliyev və Mehriban Əliyevanın adından Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanın şərəfinə Xankəndidə rəsmi ziyafət də verilib.

Zəfər Gününün altıncı ildönümünə təsadüf edən səfər çərçivəsində Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinə sadiqliklərini bir daha vurğulayıblar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti