İlham Əliyev və Ərdoğan Şuşada təkbətək görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada təkbətək görüş keçiriblər. Görüş Türkiyə liderinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

31

Noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib.

MSNews.az xəbər verir ki, görüş Türkiyə dövlət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Görüşdə müzakirə olunan məsələlərin təfərrüatları hələ açıqlanmayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Təkbətək görüşdən əvvəl Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti