İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndidə Zəfər abidəsini ziyarət ediblər. Dövlət başçıları abidənin önünə əklillər qoyublar.

27

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət ediblər. Dövlət başçıları abidənin önünə əklillər qoyublar.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat yayımlanıb. Ziyarət 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə baş tutub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə liderini Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Səfər çərçivəsində Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib, dövlət başçıları arasında təkbətək görüş olub və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev həmin gün Xankəndidə Zəfər abidəsini ziyarət edərkən Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olan hərbçilərin xatirəsini ehtiramla anıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti