İlham Əliyev Ərdoğanı Şuşada rəsmi mərasimlə qarşıladı

Noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. İlham Əliyev Türkiyə liderini qarşılayıb, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

26

Noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderini qarşılayıb.

MSNews.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat dərc olunub.

Mərasim zamanı fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Ardınca Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub. Mərasimin sonunda prezidentlər rəsmi foto çəkdiriblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə Prezidentini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti