Ərdoğanın BMT-dəki çıxışı zamanı İsrail nümayəndə heyəti zalı tərk etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında İsraili Qəzzadakı vəziyyətə görə tənqid etməsi zamanı İsrail nümayəndə heyəti zalı tərk edib. Ərdoğan Fələstin dövlətinin tanınmasına və İsrailə beynəlxalq təzyiqin artırılmasına çağırıb.

9

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı İsrail nümayəndə heyəti iclas zalını tərk edib. Ərdoğan Qəzzadakı humanitar vəziyyəti kəskin tənqid edərək İsrail hökumətini soyqırımı düşüncəsi yürütməkdə ittiham edib.

MSNews.az xəbər verir ki, Türkiyə Prezidenti çıxışının mühüm hissəsini Qəzza və Fələstin məsələsinə həsr edib. “Əl-Cəzirə”nin məlumatına görə, Ərdoğanın İsraillə bağlı tənqidi fikirlər səsləndirdiyi vaxt nümayəndə heyəti zalı tərk edib, Fələstin nümayəndələri isə onun çıxışını alqışlarla qarşılayıblar.

Ərdoğan Qəzzanı dünyanın ən böyük uşaq qəbiristanlığı adlandırıb və bölgədə uşaqlar arasında amputasiya hallarının son dərəcə yüksək olduğunu bildirib. O, ABŞ Prezidenti Donald Trampın səyləri və Türkiyə də daxil olmaqla bir sıra ölkələrin töhfəsi ilə əldə olunan atəşkəsdən sonra 1500-dən çox Qəzza sakininin öldürüldüyünü iddia edib.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti baş verənlərə biganə qalmamağa və İsrailə təzyiqi artırmağa çağırıb.

“Bu, Tayyib Ərdoğanın şəxsi məsələsi deyil. Bu, humanitar məsələdir, hamımız üçün vicdan məsələsidir”, – deyə o vurğulayıb.

Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasın ardıcıl ikinci ildir BMT Baş Assambleyasının iclasında şəxsən iştirak edə bilməməsinə də diqqət çəkib. O, Türkiyənin azad və suveren Fələstin Dövlətini dəstəkləməyə davam edəcəyini bildirib və Fələstini hələ tanımayan ölkələri qərarlarına yenidən baxmağa çağırıb.

Türkiyə Prezidenti Qəzzanın bərpasına mümkün qədər tez başlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Fələstin tərəfi sülh planının ikinci mərhələsinə keçidi qəbul etsə də, İsrail hökuməti işğala son qoymur. Ərdoğan iki dövlətli həllə dəstəyini bir daha ifadə edib.

Ərdoğan çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyü qorunmaqla münaqişənin başa çatdırılmasının vacibliyini bildirib. O, həmçinin Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə, Egey və Şərqi Aralıq dənizindəki fikir ayrılıqlarının beynəlxalq hüquq əsasında həllinə çağırıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.