Şamaxıda XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı konservasiya edildi

44

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonunun Avaxıl kəndində yerləşən Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.

MSNews.az xəbər verir ki, tarixi ziyarətgahda aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və abidənin xəlvətilik təliminin banisi Pir Ömər Avaxılı ilə bağlılığını təsdiqləyən artefaktlar aşkarlanıb.

İlham Əliyev və Mehriban Əliyeva 2020-ci ildə də əraziyə səfər etmiş, ziyarətgahda konservasiya işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdilər. Sonrakı dövrdə çay və qaya daşlarından tikilmiş tarixi qalıqlar Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya olunub.

Ziyarətgahın daxilində Pir Ömər Avaxılıya aid qəbir, ətrafında isə digər şəxslərə aid 8 qəbir aşkarlanaraq səliqəyə salınıb. Abidənin qorunması üçün ətrafına daş divar çəkilib və üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyalı çardaq qurulub.

Ərazidə ziyarətçilər üçün gəzinti zolağı da yaradılıb. Konservasiya zamanı ətraf mühitə və mövcud qəbirlərə zərər verilməməsinə xüsusi diqqət göstərildiyi bildirilir.

Pir Ömər Sultan ziyarətgahının qorunması Azərbaycanda dini və tarixi abidələrin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən biridir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.