Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonuna gəlib.
MSNews.az xəbər verir ki, iyunun 23-də Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Səfər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun davamı kimi qiymətləndirilir.






