Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər. Həmin gün Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb.
Prezidentlər Şuşadakı yaşayış kompleksində olublar
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. Kompleksdə 23 bina və 450 mənzil var.