İlham Əliyev və Sərdar Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa rayonunun Daşaltı kəndinin fonunda xatirə şəkli çəkdiriblər.

13

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa rayonunun Daşaltı kəndinin fonunda xatirə şəkli çəkdiriblər.

MSNews.az “AZƏRTAC”a istinadən məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.

Bu, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində dövlət başçıları Füzuli şəhərində də olub, şəhərin dağıdılmış yerlərinə baxıblar.