İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi

Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.

187

Bakıda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti təşkil olunub.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, iyunun 22-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ali qonağın şərəfinə dövlət ziyafəti verilib.

Ziyafət Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilib.

Tədbirdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Dövlət ziyafəti Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.