Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış olublar

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Məscid Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilir.

10

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa şəhərində inşa olunan məsciddə tikinti işlərinin gedişi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində aparılan işlərlə maraqlanıblar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucaldılır. Zəfər Gününün rəmzi olaraq məscid 8 rəqəmi formasında inşa edilir.

Məscid əsas və inzibati binalardan, həmçinin kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Hündürlüyü 73 metr təşkil edəcək iki minarə Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.

Məlumata görə, məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə olunan həndəsi naxışlarla bəzədiləcək. Layihə “PAŞA Holdinq”in dəstəyi ilə reallaşdırılır.

Yeni məscid işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri kimi Qarabağın dirçəlişini və milli-mənəvi dəyərlərə bağlılığı əks etdirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930