“Mançester Yunayted” Maykl Kerriki istefaya göndərdi

“Mançester Yunayted” Maykl Kerriki baş məşqçi vəzifəsindən azad etdiyini rəsmən açıqlayıb. Komandanın Premyer Liqada uğursuz çıxışından sonra verilən qərarın ardınca Maurisio Poçettino əsas namizəd kimi göstərilir.

10

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Maykl Kerriki istefaya göndərib. Komandanın cari mövsümdə uğursuz çıxışı və Premyer Liqada aşağı pillələrə düşməsi klub rəhbərliyini bu qərarı verməyə vadar edib.

MSNews.az xəbər verir ki, bu barədə ilk olaraq tanınmış insayder Fabrizio Romano məlumat yayıb. Daha sonra “Mançester Yunayted” də Kerrikin vəzifəsindən ayrıldığını rəsmi açıqlama ilə təsdiqləyib.

Klub rəhbərliyi qərarın 2026/2027 mövsümünə uğursuz başlanılması səbəbindən verildiyini bildirib.

“Komandanın mövsümə məyusedici başlanğıcından sonra məqsədlərimizə nail olmaq üçün dəyişikliyin zəruri olduğu qənaətinə gəldik”, – deyə klubun açıqlamasında qeyd olunub.

Kerrik 2026-cı ilin yanvarında “Mançester Yunayted”ə qayıtmış və komandanı ötən mövsüm İngiltərə Premyer Liqasında üçüncü pilləyə yüksəltmişdi. Onun rəhbərliyi altında klub mövsümün son 17 liqa oyunundan 12-də qalib gəlmişdi.

Lakin cari mövsümdə vəziyyət kəskin dəyişib. “Mançester Yunayted” Premyer Liqada keçirdiyi ilk 10 oyundan yalnız birində qalib gəlib və 8 xalla 18-ci pilləyə düşüb.

Kerrikin mümkün əvəzləyicisi də artıq məlumdur. Fabrizio Romanonun məlumatına görə, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ilə şifahi razılıq əldə olunub. İngiltərə klubu hazırda onun təyinatı üçün ABŞ Futbol Federasiyası ilə danışıqlar aparır.

Bununla belə, Poçettinonun təyinatı hələ rəsmiləşməyib. “Mançester Yunayted” yeni baş məşqçini mümkün qədər tez müəyyənləşdirməyi planlaşdırır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30