İlham Əliyev Dublində Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. Dövlət başçısını İrlandiyanın Baş naziri Mixol Martin qarşılayıb.

8

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı sammitin açılış sessiyasında iştirak etmək üçün Dublində yerləşən Konqres Mərkəzinə gəlib. İrlandiyanın Baş naziri Mixol Martin Prezident İlham Əliyevi qarşılayıb.

Daha sonra Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. Sammitin sonunda dövlət və hökumət başçıları birgə xatirə şəkli çəkdiriblər.