Kabo-Verde kapitanı Rayan Mendeş zorakılıqda ittiham olunur

Kabo-Verde millisinin kapitanı Rayan Mende. Yeni Zelandiyada braziliyalı tərcüməçinin şikayəti üzrə araşdırılır. "Globo" yazır ki, hadisə 2026-cı ilin martında Oklenddə, komandanın FİFA Series oyunları zamanı baş verib.

21

Kabo-Verde millisinin kapitanı Rayan Mendeş Yeni Zelandiyada braziliyalı tərcüməçinin şikayəti üzrə araşdırılır.

MSNews.az xəbər verir ki, bu barədə Braziliyanın “GE/Globo” nəşri məlumat yayıb. Nəşrin araşdırmasına görə, şikayət Yeni Zelandiya polisinə təqdim edilib və hadisə 2026-cı ilin martında Oklend şəhərində baş verib.

Şikayətçi qadının adı mediada açıqlanmır. Bildirilir ki, o, Yeni Zelandiyada yaşayır və FİFA Series çərçivəsində Kabo-Verde millisinin iştirakı zamanı komanda üçün tərcüməçi və əməliyyat dəstəyi üzrə əməkdaş kimi çalışıb.

“Globo”-nun məlumatına görə, hadisə Kabo-Verdenin Çili ilə yoldaşlıq oyunundan sonra baş verib. Qadın polisə bildirib ki, oteldə komanda üçün ayrılmış otaqlardan birində toplantıya dəvət olunub və əvvəlcə bunun işlə bağlı olduğunu düşünüb. Lakin sonradan bunun sosial görüş olduğunu görərək öz otağına qayıdıb.

Şikayətə əsasən, bir müddət sonra Rayan Mendeş onun otağının qapısını döyüb, qadın isə bunu işlə bağlı müraciət hesab edərək qapını açıb. Qadın iddia edir ki, futbolçu otağa daxil olaraq ona fiziki zorakılıq göstərib və daha sonra cinsi zorakılıq törədib.

“GE/Globo” yazır ki, şikayətə xəsarətləri göstərən fotolar, polis qeydiyyatı və qadına yardım göstərən klinikanın tibbi hesabatı əlavə olunub. Nəşr həmin sənədlərə çıxış əldə etdiyini bildirir.

Yeni Zelandiya polisinin işi araşdırdığı qeyd olunur. “AS” nəşrinin “Globo”-ya istinadən yaydığı məlumata görə, araşdırma başa çatdıqdan sonra polis iş üzrə məhkəməyə ittiham irəli sürülüb-sürülməyəcəyinə qərar verəcək.

Məlumata görə, qadın və həyat yoldaşı may ayında Kabo-Verde Futbol Federasiyasına və FIFA-ya müraciət edərək futbolçunun Dünya Kubokundan kənarlaşdırılmasını istəyiblər. Onların bu müraciətə rəsmi cavab almadığı bildirilir.

“Globo” yazır ki, Rayan Mendeşin nümayəndələri, Kabo-Verde Futbol Federasiyası, FIFA və digər əlaqəli tərəflərlə əlaqə saxlanılıb. Lakin nəşrin materialında futbolçunun və onun nümayəndələrinin geniş cavabının olmadığı qeyd olunur.

Qeyd edək ki, hazırda Rayan Mendeşə qarşı rəsmi ittiham irəli sürülməsi barədə məlumat yoxdur. Araşdırma davam edir və məhkəmə qərarı olmadan futbolçu təqsirsiz sayılır.

Rayan Mende. 2026-cı il Dünya Kubokunda Kabo-Verde millisinin kapitanı kimi çıxış edir. Komanda “H” qrupunu ikinci sırada tamamlayaraq 1/32 final mərhələsinə yüksəlib və növbəti mərhələdə Argentina ilə qarşılaşacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031