Pedro Rodriges 39 yaşında futbolçu karyerasını başa vurdu

Dünya və Avropa çempionu Pedro Rodriges 39 yaşında peşəkar futboldan ayrıldığını açıqlayıb. O, karyerası ərzində “Barselona”, “Çelsi”, “Roma” və “Latsio”da çıxış edib.

63

İspaniyalı hücumçu Pedro Rodriges 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib. Dünya və Avropa çempionu qərarını sosial şəbəkələrdə yayımladığı vida mesajı ilə açıqlayıb.

MSNews.az xəbər verir ki, Pedro bildirib ki, həyatında yeni mərhələyə başlamağın vaxtının gəldiyini hiss edir.

O, vida mesajında karyerası ilə qürur duyduğunu və futbolun ona yaşatdığı anlara görə minnətdar olduğunu bildirib:

“Arzumu yaşadığım üçün qürurluyam. Futbol, məni bu qədər xoşbəxt etdiyin üçün təşəkkür edirəm.” 

Pedro “Barselona”nın La Masia akademiyasından yetişib və əsas komandada Pep Qvardiolanın rəhbərliyi altında klub tarixinin ən uğurlu dövrlərindən birinin iştirakçısı olub. O, kataloniyalılarla 3 dəfə Çempionlar Liqasının, 5 dəfə La Liqanın qalibi olub. 2011-ci ildə “Mançester Yunayted”ə qarşı Çempionlar Liqasının finalında hesabı açan futbolçu da məhz Pedro idi.

2015-ci ildə “Çelsi”yə keçən ispaniyalı futbolçu İngiltərədə Premyer Liqa, İngiltərə Kuboku və Avropa Liqasını qazanıb. Daha sonra İtaliyada “Roma” və “Latsio” formalarını geyinib. Onun “Latsio” ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatmışdı.

Pedro İspaniya millisində 65 oyun keçirib və 17 qol vurub. O, milli komanda ilə 2010-cu il dünya çempionatının və AVRO-2012-nin qalibi olub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.