65 yaşlı Lotar Matteus 27 yaşlı sevgilisi ilə “Oktoberfest”ə qatılıb

Almaniya futbolunun əfsanəsi Lotar Matteus 27 yaşlı sevgilisi Tereza Zommerlə Münhendə keçirilən “Oktoberfest” festivalında görüntülənib. Beş dəfə evli olmuş keçmiş futbolçu altıncı dəfə ailə qurmağı planlaşdırmadığını bildirib.

19

Almaniya millisinin sabiq futbolçusu, 65 yaşlı Lotar Matteus 27 yaşlı sevgilisi Tereza Zommerlə Münhendə keçirilən “Oktoberfest” festivalına qatılıb. Bir ildən çoxdur birlikdə olan cütlük festivalda kameralar qarşısına keçib.

MSNews.az xəbər verir ki, Matteus və Zommer festivalın “Käfer Wiesn-Schänke” məkanında görüntüləniblər. Cütlüyün birlikdə çəkilmiş fotoları Almaniya mediasında da yayımlanıb.

Matteus daha əvvəl verdiyi açıqlamada altıncı dəfə evlənmək niyyətində olmadığını bildirib. Keçmiş futbolçu indiyədək beş dəfə ailə qurub.

1990-cı ildə Almaniya millisi ilə dünya çempionu olan Matteus və Zommer 2025-ci ildən müxtəlif ictimai tədbirlərdə birlikdə görünürlər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.