İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə görüşüb. Tərəflər TAP layihəsini, Avropaya təbii qaz ixracının artırılmasını və Avropa İttifaqının maliyyə mexanizmlərinə yenidən baxılmasını müzakirə ediblər.

10

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə görüşüb. Danışıqlarda Azərbaycanın Avropaya təbii qaz ixracının artırılması və bunun üçün Avropa İttifaqının maliyyə mexanizmlərinə yenidən baxılması məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud münasibətlər və enerji sahəsində əməkdaşlıq nəzərdən keçirilib.

Tərəflər Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar. Bu kontekstdə Azərbaycan qazının Avropa bazarlarına nəqlini təmin edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə təbii qaz ixracını artırmaq üçün əlavə imkanlarının olduğu bildirilib.

Liderlər bu imkanlardan daha səmərəli istifadə edilməsi baxımından Avropa İttifaqının mövcud maliyyələşdirmə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyini vurğulayıblar.

Danışıqlar zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin mövcud vəziyyəti də nəzərdən keçirilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti