Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

Azərbaycanda 7–10 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olacaq. Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 11 gün istirahət edəcəklər.

59

Azərbaycanda noyabrın 7-dən 10-dək ardıcıl dörd gün qeyri-iş günü olacaq. Beşgünlük iş həftəsi ilə çalışanlar Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə dörd günlük istirahət edəcəklər.

MSNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqviminə əsasən, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix rəsmi qeyri-iş günüdür.

Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq 10 noyabr da istirahət günü hesab edilir.

Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar 7, 8, 9 və 10 noyabr tarixlərində ardıcıl istirahət edəcəklər. Bayramlardan sonra ilk iş günü noyabrın 11-i olacaq.

Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti