Çin Bakıda İsrailə çağırış etdi: Fələstin torpaqlarında məskunlaşma dayandırılmalıdır

Çinin xarici işlər naziri Van İ Bakıda İsrail Prezidenti İsxak Hersoqla görüşündə İordan çayının qərb sahilində məskunlaşma siyasətinin dayandırılmasını tələb edib. Pekin müstəqil Fələstin dövlətinə dəstəyini bir daha təsdiqləyib.

22

Çin İsraili işğal altında saxladığı İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin salınmasını dayandırmağa və mövcud məskunlaşma siyasətini geri çevirməyə çağırıb. Bu tələb Çinin xarici işlər naziri Van İ tərəfindən Bakıda İsrail Prezidenti İsxak Hersoqla keçirilən görüşdə səsləndirilib.

MSNews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin oktyabrın 16-da yaydığı bəyanatda bildirilib. “Reuters” agentliyinin məlumatına görə, Van İ İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətini davam etdirməsinə qarşı çıxaraq bu prosesin dayandırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Çin diplomatiyasının rəhbəri Fələstin məsələsini XXI əsrin ən böyük tarixi ədalətsizliyi adlandırıb.

“Fələstin məsələsi bu əsrin ən böyük tarixi ədalətsizliyidir”, – deyə Van İ bildirib.

Çinli nazir vurğulayıb ki, Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli siyasi həlli vacibdir. Onun sözlərinə görə, münaqişənin həllinin əsas yolu İsrail və Fələstin dövlətlərinin yanaşı, sülh şəraitində mövcudluğunu nəzərdə tutan iki dövlətli həll prinsipidir.

Van İ Qəzza zolağındakı humanitar vəziyyətə də toxunaraq bölgəyə girişin tam açılmasını tələb edib. O, humanitar böhranın daha da ağırlaşmasının qarşısını almaq üçün yardımın maneəsiz çatdırılmasının prioritet olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Pekin beynəlxalq ictimaiyyətlə birlikdə tərəflərin yenidən danışıqlar masasına qayıtmasına və münaqişənin siyasi yollarla həllinə kömək etməyə hazırdır.

İsrail Prezidenti İsxak Hersoq isə görüşdən sonra sosial şəbəkədə paylaşım edərək Çinli nazirlə ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Bununla belə, İsrail Prezidentinin administrasiyası məskunlaşma siyasəti və Fələstin məsələsi ilə bağlı görüşdə aparılan müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, beynəlxalq hüquqa əsasən, İsrailin işğal olunmuş Fələstin ərazilərində saldığı yaşayış məntəqələri qanunsuz hesab olunur. İsrail isə bu mövqe ilə razılaşmır və ərazilərlə tarixi əlaqələrini önə çəkir.

Çinin Bakıda səsləndirdiyi bu mövqe Pekinin Fələstin dövlətinin yaradılmasına və İsrail-Fələstin münaqişəsinin diplomatik yolla həllinə verdiyi dəstəyin davamı kimi qiymətləndirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.