Kamal Xarrazi öldü

İran mediası keçmiş xarici işlər naziri Kamal Xarrazinin Tehrandakı evinə endirilən zərbə zamanı aldığı yaralardan öldüyünü bildirib. Onun həyat yoldaşının da eyni hücumda həlak olduğu daha əvvəl açıqlanmışdı. 

28

İran mediasının məlumatına görə, İranın keçmiş xarici işlər naziri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xarrazi Tehrandakı evinə endirilən zərbə zamanı aldığı ağır yaralardan sonra vəfat edib.

İran dövlət televiziyasına istinad edən TASS, “Mehr” və ISNA-nın onun ölümünü açıqladığını yazır. “TRT World” və AFP-yə görə, Xarrazi 81 yaşında idi və 1 aprel tarixli zərbə zamanı yaralanmışdı.

Əvvəlki materiallarımızın birində xəbər verdiyimiz kimi, Xərrazinin daha əvvəl ağır yaralandığı, həyat yoldaşının isə həmin hücum zamanı öldüyü barədə məlumatlar yayılmışdı.