Kamal Xarrazi yaralandı, həyat yoldaşı öldürüldü

Tehranda baş verən hücum nəticəsində İranın keçmiş XİN başçısı Kamal Xarrazi yaralanıb, həyat yoldaşı isə həlak olub. Hadisə ilə bağlı SEPAH açıqlama yayıb.

383

İranın keçmiş xarici işlər naziri Kamal Xarrazi Tehranda baş verən hücum zamanı yaralanıb. Bu barədə SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Tehran şəhərinin atəşə tutulması nəticəsində baş verib. Hücum zamanı Xarrazinin həyat yoldaşının öldürüldüyü bildirilir.

Kamal Xarrazi İranın tanınmış diplomatlarından və islahatçı siyasi fiqurlarından biri hesab olunur. O, hazırda ölkə rəhbərliyinə xarici siyasət üzrə tövsiyələr verən İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının sədridir. Xarrazi 1997–2005-ci illərdə Məhəmməd Xatəmi administrasiyasında xarici işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə 1989–1997-ci illərdə İranın BMT-də daimi nümayəndəsi olub.

Hadisənin detalları və hücumun səbəbləri ilə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.