Almaniya XİN rəhbəri: “Rusiyanın Ukraynada qələbəsinə yol verə bilmərik”

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiyanın Ukraynadakı müharibədə qələbə qazanmasının təhlükəli presedent yaradacağını bildirib. O, Berlinin Ukraynanın suverenliyini və beynəlxalq hüququ dəstəklədiyini vurğulayıb.

44

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiyanın Ukraynada qələbə qazanmasına yol verilməməli olduğunu bəyan edib. O bildirib ki, belə bir nəticə beynəlxalq hüququn pozulmasını təşviq edən təhlükəli presedent yarada bilər.

MSNews.az xəbər verir ki, Vadeful Almaniyanın Ukraynaya dəstəyini müdafiə edərək Rusiyanın hərbi müdaxiləsinin beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

“Əgər biz Almaniyada Rusiyanın bütün hüquq normalarına zidd olan bu işğalçı müharibədə qalib gəlməsinə imkan versəydik, bu, başqaları üçün nümunəyə çevrilərdi. O zaman bunun harada bitəcəyini heç kim bilməzdi”, – deyə nazir bildirib.

Vadeful Rusiyanın Ukraynanın təhlükəsizliyi və suverenliyinə dair əvvəlki öhdəliklərini də xatırladıb. Onun sözlərinə görə, Moskva Ukraynanın nüvə silahlarından imtina etməsi prosesində xüsusi məsuliyyət daşısa da, sonradan bu ölkəyə hərbi müdaxilə edib.

“Biz düzgün tərəfdəyik – hücuma məruz qalanların və hüququn tərəfindəyik”, – deyə Almaniya XİN rəhbəri vurğulayıb.

Vadefulun mövqeyi Almaniyanın daha əvvəl açıqladığı siyasətlə də üst-üstə düşür. Nazir sentyabrın 26-da “ZDF” telekanalına müsahibəsində Berlinin Ukraynanı dəstəkləməyə davam edəcəyini və Rusiyaya iqtisadi təzyiq göstərəcəyini bildirmişdi.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti