Xamenei oğlunun hakimiyyətə gəlməsindən ehtiyat edirdi

"CBS News": İranın ali lideri Əli Xamenei oğlunun hakimiyyətə gəlməsindən ehtiyat edirmiş. ABŞ rəhbərliyi Mojtaba Xamenei barədə kəşfiyyat məlumatları ilə tanış olub.

161

Əli Xameneinin oğlu Möctəba Xameneinin hakimiyyətə mümkün gəlişi ilə bağlı narahat olduğu iddia edilir. Bu barədə “CBS News” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, böyük Xamenei oğlunu ölkəyə rəhbərlik etmək üçün kifayət qədər hazırlıqlı və uyğun fiqur hesab etmirdi. Bildirilir ki, kəşfiyyat xidmətlərinin topladığı məlumatlarda onun şəxsi həyatı ilə bağlı problemlərin də qeyd olunduğu göstərilir.

Həmçinin xəbərə görə, ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və digər yüksək rütbəli məmurlar Möctəba Xamenei ilə bağlı kəşfiyyat məlumatları barədə məlumatlandırılıb.

Tramp isə şəxsi söhbətində bu məlumatların nə dərəcədə əhəmiyyətli olduğuna əmin olmadığını bildirib və əlavə edib ki, hazırkı vəziyyətdə İranın faktiki olaraq rəhbərsiz qaldığını düşünür.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.