Tramp israilliləri Netanyahunu seçməyə çağırdı

ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində Benyamin Netanyahunu yenidən dəstəkləyib. Tramp İranın hərbi imkanlarının məhv edildiyini iddia edərək israillilərə müraciət edib.

64

ABŞ Prezidenti Donald Tramp İsraildə parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahunu yenidən açıq şəkildə dəstəkləyib. O, israilli seçicilərə müraciət edərək Netanyahuya səs verməyə çağırıb və ABŞ ilə İsrailin İrana qarşı başladığı işi başa çatdırmalı olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Tramp oktyabrın 25-də “Truth Social” hesabında paylaşım edərək bir həftə əvvəl Netanyahuya verdiyi dəstəyi təkrarlayıb.

ABŞ Prezidenti Netanyahu ilə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkənin hərbi əməkdaşlığını xüsusi qeyd edib.

Tramp Venesuelada həyata keçirilən ABŞ əməliyyatını xatırladıb, daha sonra isə İrana qarşı keçirilmiş “Gecəyarısı Çəkici” (Midnight Hammer) və “Epik Qəzəb” (Epic Fury) əməliyyatlarından danışıb.

Onun iddiasına görə, bu əməliyyatlar nəticəsində İranın hərbi və iqtisadi imkanlarına ağır zərbə vurulub.

“İranın artıq nə hərbi donanması, nə də hərbi hava qüvvələri var. Ordusu və iqtisadiyyatı dağılıb. Ölkədə inflyasiya 301 faizə çatıb”, – deyə Tramp bildirib.

ABŞ lideri dəniz blokadasının İranın neft təchizatını məhdudlaşdırdığını, həmçinin ölkənin hərbi və mülki rəhbərliyinin iki səviyyəsinin sıradan çıxarıldığını iddia edib.

Bununla belə, Trampın İranın hərbi qüvvələrinin tamamilə məhv edilməsi və inflyasiyanın 301 faizə çatması barədə açıqlamaları müstəqil şəkildə təsdiqlənmiş göstəricilər kimi təqdim edilmir.

O, İsrailin baş nazirini güclü hərbi-siyasi lider kimi xarakterizə edərək seçiciləri səsvermə zamanı onun fəaliyyətini nəzərə almağa çağırıb.

“Bibi Netanyahu müstəsna bir baş nazir və döyüşçü olub. Baş nazir vəzifəsinə Bibi Netanyahuya səs verin. Başladığımız işi sona çatdırmalıyıq!”

Tramp həmçinin İranın keçmişdə ABŞ və İsrailə qarşı istifadə etdiyi şüarları xatırladaraq bu cür təhdidlərin bir daha səslənməyəcəyini iddia edib.

ABŞ Prezidentinin yeni açıqlaması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən iki gün əvvəl səslənib.

“Axios” nəşrinin ABŞ və İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, Netanyahu son günlər Trampdan əlavə ictimai dəstək istəyib. Bildirilir ki, tərəflər üç gün ərzində iki dəfə telefonla danışıblar.

Tramp daha əvvəl, oktyabrın 18-də də Netanyahunun yenidən baş nazir seçilməsini dəstəkləmişdi. ABŞ liderinin bu dəfəki müraciəti həmin mövqeyin təkrar təsdiqi kimi qiymətləndirilir.
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti