Pakistanlı nazirdən Netanyahu barədə ŞOK TƏKLİF

Pakistan müdafiə naziri Netanyahunu “insanlığın ən pis cinayətkarı” adlandırıb və Türkiyənin onu qaçırıb mühakimə etməli olduğunu təklif edib. 

80

Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif ölkənin ən böyük televiziya kanallarından biri olan “Geo TV”-də canlı yayım zamanı İsrail Baş naziri Benyamin Netanyahu haqqında şok bir təkliflə çıxış edib.

Asif Netanyahunu “insanlığın gördüyü ən pis cinayətkar” adlandıraraq Türkiyənin və ABŞ-ın onu qaçırıb mühakimə etməsi lazım olduğunu vurğulayıb.

Nazir Havaca Asif çıxışında ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirib məhkəməyə verdiyi əməliyyatı misal gətirərək, bənzər bir addımın Türkiyə tərəfindən də atıla biləcəyini bildirib və “Pakistanlılar bu ehtimal üçün dua edir” sözlərini əlavə edib.

O, həmçinin 2024-cü ilin noyabrında BMT-nin müstəqil mühakimə institutu – Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində çıxarılan rəsmi həbs qərarlarına istinad edərək, bu addımın beynəlxalq hüquq baxımından əsaslandırıla biləcəyini qeyd edib.

Bu sərt bəyanat studiyada aparıcı tərəfindən şoka səbəb olub və yayım qısa müddətdə kəsilib. İsrail mediası Nazir Asifin sözlərini sərt tənqid edib, Ankara isə hələ məsələyə rəsmi münasibət bildirməyib.