Qüds patriarxı Putin və Zelenski ilə görüşməyə hazırlaşır

Qüds Yunan Pravoslav Patriarxı III Teofil Ukraynada müharibənin dayandırılmasına yardım etmək üçün Vladimir Putin və Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

64

Qüds Yunan Pravoslav Patriarxı III Teofil Ukraynada müharibənin dayandırılmasına töhfə vermək məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

MSNews.az xəbər verir ki, patriarx bu barədə“Breitbart News” nəşrinə müsahibəsində danışıb.

III Teofil bildirib ki, tərəflərlə görüşlərin təşkili üzərində iş aparılır və məqsəd kommunikasiya kanallarını açaraq konstruktiv dialoqa şərait yaratmaqdır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi pravoslav dünyasındakı parçalanmanı daha da dərinləşdirib.

Patriarx öz rolunu siyasi deyil, dini və barışdırıcı missiya kimi qiymətləndirib. O, dini liderlərin münaqişə tərəfləri arasında dialoqu təşviq etmək üçün mənəvi nüfuza malik olduğunu vurğulayıb.

III Teofil həmçinin ABŞ Prezidenti Donald Trampın onun vasitəçilik təşəbbüsünü dəstəklədiyini bildirib. Patriarxın sözlərinə görə, o, iyunda Trampdan Ukrayna münaqişəsinin həllinə yardım göstərmək istiqamətində dəstək alıb.

Qüds Patriarxlığının rəsmi məlumatında III Teofilin iyunun 5-də Vaşinqtonda Trampla görüşdüyü təsdiqlənir. Görüş zamanı əsasən Yaxın Şərqdə xristianların vəziyyəti, dini azadlıq və sülh məsələləri müzakirə olunub. Patriarx Trampa Qüds Yunan Pravoslav Patriarxlığının yüksək təltiflərindən olan Müqəddəs Qəbir Ordeninin Böyük Xaçını da təqdim edib.

Bununla belə, Qüds Patriarxlığının həmin rəsmi açıqlamasında Ukrayna üzrə konkret vasitəçilik mandatından bəhs edilmir. Trampın bu missiyanı dəstəkləməsi barədə məlumat hazırda III Teofilin “Breitbart News”a açıqlamasına əsaslanır.

Patriarxın Putin və Zelenski ilə nəzərdə tutulan görüşlərinin konkret tarixi də hələ açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.