Rütte: “Zelenski ilə müharibədən sonra sərxoş olacağıq”

NATO-nun baş katibi Mark Rütte Ukrayna müharibəsi başa çatdıqdan sonra Volodimir Zelenski ilə İsveçrə dağlarında qırmızı şərab içməyi planlaşdırdığını açıqlayıb.

34

NATO-nun baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə müharibə başa çatdıqdan sonra İsveçrə dağlarında görüşərək birlikdə sərxoş olmağı planlaşdırdıqlarını bildirib.

MSNews.az xəbər verir ki, Rütte bu barədə Niderlandın “Pauw & De Wit” televiziya proqramına müsahibəsində danışıb. “BNR” radiosunun məlumatına görə, aparıcı ondan müharibə bitdikdən sonra Zelenski ilə hər hansı ortaq planının olub-olmadığını soruşub.

“İsveçrə dağlarında yaxşıca içəcəyik. Bir dağın zirvəsində oturub, tamamilə sərxoş olacağıq”, – deyə NATO rəhbəri zarafatla cavab verib.

Rütte Zelenski ilə bu mövzunu artıq müzakirə etdiklərini də açıqlayıb:

“Zelenski İsveçrə dağlarında oturmaq istədiyini söylədi. Mən də ona qırmızı şərabı özüm gətirəcəyimi dedim”.

NATO rəhbəri bildirib ki, Zelenski ilə tez-tez təkbətək görüşür və rəsmi danışıqlardan əvvəl şəxsi söhbətlər aparırlar. Onun sözlərinə görə, müharibənin yaratdığı çətinliklər iki siyasətçi arasında yaxın münasibətlərin formalaşmasına səbəb olub.

Rütte müharibənin başa çatmasından sonra Zelenskinin daimi mühafizə və təhlükəsizlik tədbirlərindən uzaq, sərbəst vaxt keçirə bilməsinin sevindirici olacağını vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti