Ronaldu Portuqaliya millisində vida matçı keçirmək istəmir

Kriştianu Ronaldo Portuqaliya millisindən ayrıldığını elan etdikdən sonra vida matçı keçirmək istəmədiyini bildirib. Futbolçunun baş məşqçi Jorje Jezuşla münasibətlərindəki gərginlik davam edir.

40

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu milli komandada vida matçı keçirmək istəmir. 41 yaşlı hücumçu Portuqaliya yığmasından ayrıldığını açıqlasa da, baş məşqçi Jorje Jezuşla münasibətlərində yaranmış gərginlik hələ də aradan qalxmayıb.

MSNews.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Observador” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ronaldu Jezuşla danışmaq niyyətində deyil. Noyabrın 5-də tərəflər arasında Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensanın vasitəçiliyi ilə telefon danışığı planlaşdırılsa da, görüş baş tutmayıb.

əBildirilir ki, Jezuş futbolçunu noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına çağırmaq istəyib. Ronaldu isə məşqçi ilə yaranmış fikir ayrılıqları səbəbindən hazırkı şəraitdə milliyə qayıtmağı düşünməyib.

Noyabrın 5-də Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu rəsmən elan edib. Onun qərarı 23 illik milli komanda karyerasına son qoyub.

Portuqaliya Futbol Federasiyası futbolçu üçün xüsusi vida mərasimi keçirmək niyyətindədir. Lakin “Observador”un məlumatına görə, Ronaldu hazırda sonuncu dəfə milli formada meydana çıxmaq istəmir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti