Türkiyədə mərc istintaqı böyüyür: Daha iki Super Liqa hakimi saxlanıldı

Türkiyədə “Hakemler dosyası” istintaqı çərçivəsində Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.

76

Türkiyədə futbol hakimləri ilə bağlı aparılan genişmiqyaslı istintaq davam edir. “Hakemler dosyası” çərçivəsində Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb. Bununla da istintaqda saxlanılan hakim və futbol rəsmilərinin dairəsi genişlənib.

MSNews.az xəbər verir ki, istintaq İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosunun koordinasiyası ilə aparılır.

İstintaq zamanı daha əvvəl saxlanılan şəxslərdən götürülmüş rəqəmsal daşıyıcıların araşdırılması və Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) qeydlərinin ətraflı təhlili nəticəsində Yasin Kol və Göktuğ Hazar Erelin saxlanılmasına qərar verilib.

Anadolu Agentliyinin məlumatına görə, hakimlər 7258 saylı qanunun pozulması, sənədlərin saxtalaşdırılması cinayətində iştirak və vəzifədən sui-istifadə şübhələri üzrə saxlanılıblar. Onlar prosedur tədbirlərinin həyata keçirilməsi üçün polisə aparılıblar.

“TRT Haber” bildirir ki, Yasin Kol və Göktuğ Hazar Erel Trabzonda keçirilən “Trabzonspor”–“Drogheda United” yoxlama matçından sonra saxlanılıblar.

İstintaq çərçivəsində bundan əvvəl Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk, MHK-nın keçmiş sədr müavini Ahmet Şahin və digər şəxslər də saxlanılmışdı. Araşdırmada açıq mənbə məlumatları, MASAK və HTS qeydləri, şahid ifadələri və ekspert rəylərindən istifadə edildiyi bildirilir.

İstintaq davam edir və saxlanılan şəxslərlə bağlı yekun məhkəmə qərarı verilməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.