Neymar məşqdə Robinyonun oğlu ilə insident yaşadı

Neymar “Santos”un məşqi zamanı Robinho Jr. ilə mübahisə edib. “ge”nin məlumatına görə, insident gənc futbolçunun Neymara qarşı fintindən sonra başlayıb və sonradan tərəflər arasında barışıq əldə olunub.

8

Braziliyalı futbolçu Neymar “Santos”un məşqi zamanı Robinyonun oğlu Robinho Jr. — Robson Juniorla mübahisə edib.

“ge”nin məlumatına görə, hadisə bazar günü CT Rei Pelé bazasında, “Palmeiras”la oyunda iştirak etməyən futbolçular üçün keçirilən məşq zamanı baş verib. Neymarın gənc futbolçunun finti ilə aldadılmasından sonra əsəbiləşdiyi və özünü “hörmətsizliyə məruz qalmış” kimi hiss etdiyi bildirilir.

Mənbələrin sözlərinə görə, Neymar Robinho Jr.-a “bir az yavaş olmağı” söylədikdən sonra tərəflər arasında sözlü mübahisə başlayıb. Daha sonra futbolçular arasında itələşmə olub. “ge” yazır ki, azı bir şahid Neymarın 18 yaşlı futbolçuya sillə vurduğunu gördüyünü bildirib. Eyni zamanda, Neymarın Robinho Jr.-a ayaq ilişdirdiyi və gənc futbolçunun yerdən qalxdığı qeyd olunur.

“Santos” hadisə ilə bağlı açıqlama verməkdən imtina edib. Robinho Jr.-un meneceri də məsələni şərh etməyəcəyini bildirib. Neymarın mətbuat xidməti isə mövzudan xəbəri olmadığını açıqlayıb. “ge”nin məlumatına görə, hadisədən sonra Robinho Jr.-un nümayəndələri klub rəhbərliyinə narazılıqlarını çatdırıblar.

Bununla belə, insidentin böyümədiyi bildirilir. Neymar daha sonra gənc futbolçu ilə danışaraq sərt reaksiyasına görə üzr istəyib. “ge”yə danışan mənbələr iki futbolçu arasındakı münasibətin yaxın olduğunu və vəziyyətin artıq həll edildiyini bildiriblər. “AS” nəşri də Neymarın səhvini qəbul etdiyini və Robinho Jr.-dan üzr istədiyini yazır.

Qeyd edək ki, Robinho Jr. “Santos”un yetirməsi və sabiq Braziliya millisinin hücumçusu Robinyonun oğludur. Robinho hazırda Braziliyada 9 illik həbs cəzası çəkir. Reuters-in məlumatına görə, Braziliya məhkəməsi 2024-cü ildə İtaliyada çıxarılmış hökmü tanıyaraq sabiq futbolçunun cəzasını Braziliyada çəkməsinə qərar verib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031