Reper Ptaha “BARS-10” nişanı ilə təltif edildi

Rusiyalı reper David Nuriyev — Ptaha Moskvada Böyük Rusiya Lojasının Assambleyasında “BARS-10” könüllü dəstəsinin nişanı ilə təltif olunub. Məlumatı lojanın sosial media hesabları yayıb.

193

Rusiyalı reper David Nuriyev, səhnə adı ilə Ptaha, “BARS-10” könüllü dəstəsinin nişanı ilə təltif olunub.

MSNews.az xəbər verir ki, bu barədə Rusiya Böyük Lojasının sosial media hesablarında məlumat yayılıb. Paylaşımda qeyd olunur ki, “Müqəddəs Qraal” №67 lojasının rəhbəri David Nuriyev iyunun 6-da Moskvada keçirilən Rusiya Böyük Lojasının Assambleyasında “BARS-10” könüllü dəstəsinin nişanı ilə mükafatlandırılıb.

Məlumatı təkrar dərc edən “Telega FM” arxivində bildirilir ki, təltif “xüsusi hərbi əməliyyat zamanı göstərilən yardıma görə” təqdim olunub. Bu ifadə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Moskvanın rəsmi terminologiyasıdır.

David Nuriyev Rusiya musiqi səhnəsində Ptaha adı ilə tanınır. “Kommersant” daha əvvəl yazmışdı ki, o, 2026-cı ilin mayında Moskvada fəaliyyət göstərən “Müqəddəs Qraal” №67 lojasının rəhbəri seçilib. Nəşrin məlumatına görə, Nuriyev bu vəzifəni 2027-ci ilin mayınadək icra edəcək.

“BARS-10” isə Rusiyanın Ukrayna müharibəsində iştirak edən könüllü hərbi strukturları ilə əlaqələndirilir. “TASS” daha əvvəl “BARS-10”u 58-ci ümumqoşun ordusunun “Dnepr” qoşun qruplaşması tərkibində fəaliyyət göstərən könüllü dəstə kimi təqdim etmişdi.

Hazırda Nuriyevə təqdim olunan nişanın konkret statusu, təltifin hansı əsasla rəsmiləşdirildiyi və “BARS-10” tərəfindən ayrıca təsdiqi barədə əlavə rəsmi məlumat açıqlanmayıb. Məlumat əsasən Böyük Rusiya Lojasının sosial media paylaşımı əsasında yayılıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.