Paşinyan: “Yeni Konstitusiya layihəsi noyabrda dərc ediləcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabrda dərc ediləcəyini açıqlayıb. O, sənədin qəbuluna qarşı çıxan müxalifətin Azərbaycanla sülh prosesinə də qarşı çıxmış olacağını bildirib.

52

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin noyabr ayında ictimaiyyətə təqdim olunacağını açıqlayıb. O bildirib ki, müxalifətin yeni Konstitusiyanın qəbuluna qarşı çıxması müəyyən şərtlər daxilində Azərbaycanla sülh prosesinə qarşı çıxmaq kimi qiymətləndirilə bilər.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 2-də Ermənistan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.

Baş nazirin sözlərinə görə, Konstitusiya layihəsi dərc edildikdən sonra geniş ictimai müzakirələr başlanacaq, vətəndaşlardan daxil olan təkliflər nəzərdən keçiriləcək.

“Yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq. Təkliflər qəbul ediləcək və müzakirə olunacaq. Bu proses layihənin cəmiyyətdə kifayət qədər müzakirə edildiyinə əmin olana qədər davam edəcək”, – Paşinyan bildirib.

O, Ermənistan hökumətinin qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası olduğunu vurğulayıb.

Paşinyan qeyd edib ki, müxalifət yeni Konstitusiyanın qəbulunun Azərbaycanla yekun sülhə təminat verib-verməyəcəyi barədə suallar qaldırır. Baş nazirin fikrincə, hakimiyyət bu suallara inandırıcı müsbət cavablar verə bilsə, vətəndaşların böyük əksəriyyəti referendumda yeni Konstitusiyanı dəstəkləyəcək.

“Əgər bu suallara müsbət cavablarımız olarsa və parlament müxalifəti yenə də qarşı çıxarsa, bu, müxalifətin Azərbaycanla sülhə qarşı çıxması demək olacaq”, – Paşinyan bəyan edib.

Baş nazir əlavə edib ki, belə vəziyyətdə müxalifətə qarşı ictimai təzyiq yarana bilər və onun fikrincə, hakim çoxluq bu prosesdə aparıcı rol oynamalıdır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də sülh müqaviləsinin mətnini paraflayıblar. Bakı yekun imzalanma üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yarada biləcək müddəaların çıxarılmasını vacib sayır. Ermənistan tərəfi isə mövcud Konstitusiyada qonşu ölkələrə qarşı ərazi iddiasının olmadığını bildirir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti