Zelenski: “Dronlarla 30272 rusiyalı hərbçi sıradan çıxarılıb”

Volodimir Zelenski Ukrayna dronlarının iyulda cəbhədə 30 272 rusiyalı hərbçini öldürdüyünü və ya ağır yaraladığını bildirib.

135

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə qüvvələrinin iyul ayında dronlardan istifadə etməklə 30272 rusiyalı hərbçini sıradan çıxardığını bildirib.

MSNews.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu rəqəmə öldürülən və ağır yaralanan hərbçilər daxildir. O, yalnız aydın videogörüntülərlə təsdiqlənən halların hesablandığını vurğulayıb.

Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Açıqlanan rəqəmlər Ukrayna tərəfinin məlumatıdır və müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.