Paşinyan: “Atışmalarda iki il yarımdır ölən və yaralanan yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, iki il yarımdır Azərbaycan və Ermənistan arasında qarşılıqlı atəş nəticəsində ölən və yaralanan olmayıb. O, Türkiyə ilə normallaşma prosesinin də qətiyyətlə irəli aparıldığını deyib.

101

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, artıq iki il yarımdır Azərbaycan və Ermənistan arasında qarşılıqlı atəş nəticəsində ölən və yaralanan olmayıb. O, bunu son illərdə iki ölkə arasında əldə edilmiş ən mühüm nəticələrdən biri kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı danışıb.

“Artıq iki il yarımdır Ermənistan və Azərbaycan arasında qarşılıqlı atəş nəticəsində ölən və yaralanan yoxdur. Düşünürəm ki, bu, son illərdə əldə edilən ən böyük dəyərdir”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, bundan sonrakı əsas vəzifə sülhün möhkəmləndirilməsi və institusional xarakter almasıdır. O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət əsasında dövlətlərarası münasibətlər qurmalı olduğunu bildirib.

Paşinyan iki ölkədə bəzi dairələr tərəfindən zaman-zaman qarşıdurma ritorikasından istifadə edilməsinin sülh prosesinə dair bədbinliyi artırdığını da qeyd edib.

Ermənistanın Baş naziri çıxışında Türkiyə ilə münasibətlərə də toxunub. O, Ankara ilə yüksək səviyyəli dialoqun davam etdiyini və münasibətlərin normallaşdırılması prosesinin “qətiyyətlə irəli aparıldığını” bildirib.

Bundan əvvəl, sentyabrın 23-də Nyu-Yorkda Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə də normallaşma prosesinin sürətləndirilməsi, ticarət-iqtisadi əlaqələrin inkişafı və tarixi Ani körpüsünün birgə bərpası müzakirə olunmuşdu.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti