Ermənistan parlamentində deputatlar əlbəyaxa dava edib

Ermənistan parlamentində hakim və müxalif fraksiyaların deputatları arasında mübahisə əlbəyaxa davaya çevrilib. İnsidentdən sonra iclasa fasilə verilib.

82

Ermənistan parlamentinin oktyabrın 6-da keçirilən iclasında hakim “Vətəndaş müqaviləsi” və müxalif “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında əlbəyaxa dava düşüb.

MSNews.az xəbər verir ki, insident müxalif deputat Edqar Qazaryanın çıxışının parlamentin iclasına sədrlik edən Ruben Rubinyan tərəfindən yarımçıq dayandırılmasından sonra başlayıb. Rubinyan Qazaryanın çıxışının gündəlikdən kənara çıxdığını bildirib.

Məlumata görə, Qazaryan tribunadan yerinə qayıtdıqdan sonra hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan ona yaxınlaşaraq mübahisəni davam etdirib. Müxalif deputat Vahinak Vartanov Qalumyanın qarşısını kəsdikdən sonra tərəflər arasında qarşıdurma yaranıb.

Dava qısa müddətdə digər deputatların da iştirakı ilə böyüyüb. Təhlükəsizlik əməkdaşları müdaxilə edib, Ruben Rubinyan isə parlamentin işində fasilə elan edib. Bəzi məlumatlara görə, mübahisə dəhlizdə də davam edib.

İclasda gərginliyin əsas fonunu bir sıra din xadimlərinin fəaliyyəti və Ermənistan Apostol Kilsəsindəki vəziyyətin araşdırılması üçün parlament komissiyasının yaradılması ilə bağlı məsələ təşkil edib. Müxalifət bu təşəbbüsü Konstitusiyaya zidd hesab edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.