NVIDIA rəhbərinə yaxın qadının Çin casusu olduğu üzə çıxıb – İDDİA

ABŞ kəşfiyyatı NVIDIA-nın rəhbəri Censen Xuanqa yaxın olan qadının Çin kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edir. Məsələ Konqresdə araşdırma mövzusuna çevrilib.

34

ABŞ kəşfiyyat qurumlarının NVIDIA şirkətinin baş direktoru Censen Xuanqla yaxın münasibətdə olan çinli iş qadınının Pekin üçün casusluq etdiyinə dair məlumatları Donald Tramp administrasiyasına təqdim etdiyi bildirilir. İddialar ABŞ Konqresində də ciddi narahatlıq yaradıb.

MSNews.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, söhbət Sinqapurda yerləşən Megaspeed International texnologiya şirkətinin rəhbər şəxslərindən biri olan Elis Xuanqdan (Alice Huang) gedir. ABŞ kəşfiyyatı onun Çinin Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən Censen Xuanq haqqında məlumat toplamaq üçün cəlb edildiyini ehtimal edir.

İddialara əsasən, Pekinin məqsədi NVIDIA-nın qabaqcıl süni intellekt çipləri barədə məlumat əldə etmək və şirkətin Çinə yüksək texnologiyalı məhsulların satışına qoyulan məhdudiyyətlərin yumşaldılmasına təsir göstərmək olub.

“Bloomberg” agentliyi yazır ki, kəşfiyyatın əldə etdiyi məlumatlar Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə xüsusi məxfi memorandum vasitəsilə çatdırılıb.

NVIDIA isə casusluq iddiaları ilə bağlı şirkətin məxfi məlumatlarının ötürüldüyünü rədd edib. Şirkət rəhbərliyi bildirib ki, Censen Xuanq mütəmadi olaraq minlərlə müştəri və tərəfdaşla görüşür və Megaspeed nümayəndəsi ilə əlaqələri adi işgüzar münasibətlər çərçivəsində olub.

Məsələ ABŞ Konqresinin də diqqətini çəkib. “Reuters” agentliyinin məlumatına görə, üç nüfuzlu respublikaçı konqresmen Censen Xuanqdan noyabrın 18-də qapalı dinləmədə iştirak etməsini tələb edib. Məqsəd şirkətin xarici kəşfiyyat fəaliyyətinə qarşı təhlükəsizlik tədbirlərini araşdırmaqdır.

Qeyd edək ki, Elis Xuanqın Çin kəşfiyyatına işləməsi barədə iddialar açıq məhkəmə qərarı ilə təsdiqlənməyib. NVIDIA rəhbərinin bilərəkdən casusluq fəaliyyətində iştirak etdiyinə dair də sübut açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti