Tramp İrana sərt xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın hələ imzalanmadığını bildirib və Tehrana qarşı sərt hərbi addımların mümkünlüyünü açıqlayıb. O, həmçinin Hörmüz boğazından neft daşınması ilə bağlı gizli əməliyyatdan danışıb.

11

ABŞ prezidenti Donald Tramp İranla danışıqlar, neft bazarı və regional təhlükəsizliklə bağlı bir sıra sərt açıqlamalar verib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp Vaşinqtonun İranla razılaşma əldə etmək istədiyini, lakin sənədin hələ imzalanmadığını bildirib. ABŞ prezidenti Tehranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb və razılaşmanın imzalanmasının vacibliyini qeyd edib.

Tramp həmçinin ABŞ-ın İrana qarşı yeni hərbi addımlar ata biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Vaşinqton İranın Hörmüz boğazında ABŞ-a məxsus “Apache” helikopterini vurmasına cavab olaraq sərt tədbirlər görməyə hazırlaşır.

ABŞ prezidenti Pakistanın vasitəçilik səylərinə də toxunub. O, Pakistanın Baş naziri Şahbaz Şərifi və feldmarşal Seyid Asim Muniri yüksək qiymətləndirərək, İslamabadın İranla razılaşma əldə olunması üçün fəaliyyətini davam etdirdiyini bildirib. “The Guardian” daha əvvəl yazmışdı ki, Pakistan ABŞ-İran danışıqlarının irəliləməsi üçün diplomatik səylərdə fəal rol oynayır.

Tramp neft bazarı ilə bağlı da diqqətçəkən açıqlama verib. “Reuters” yazır ki, ABŞ prezidenti Vaşinqtonun Hörmüz boğazından böyük həcmdə neft daşınmasını gizli şəkildə dəstəklədiyini və bunun qiymətlərin daha kəskin artmasının qarşısını aldığını iddia edib. O, bu əməliyyatın neftin bir barelinin 250 dollara qalxmasının qarşısını aldığını deyib.

The Guardian” isə Trampın inflyasiya ilə bağlı açıqlamasının mübahisə doğurduğunu yazıb. Nəşrin məlumatına görə, ABŞ-da may ayında illik inflyasiya 4,2%-ə yüksəlib və bu artım əsasən enerji qiymətləri ilə əlaqələndirilir.

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da danışaraq onu “güclü lider” adlandırıb və öz prezidentliyi dövründə Türkiyə ilə İsrail arasında açıq münaqişə ehtimalını gözləmədiyini bildirib. Bu açıqlama regionda ABŞ-İran gərginliyinin davam etdiyi və Yaxın Şərqdə diplomatik aktivliyin artdığı bir vaxtda verilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti