Məşhur futbolçunu 2 il həbs cəzası gözləyir

Belçika prokurorluğu sabiq “Roma” və “İnter” futbolçusu Radja Naynqolan üçün çirkli pulların yuyulması ittihamı ilə 2 il həbs və 105 min avro cərimə tələb edib.

48

Belçika millisinin, İtaliyanın “Roma” və “İnter” klublarının sabiq futbolçusu Radja Naynqolan 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Brüssel prokurorluğu narkotik ticarəti ilə bağlı aparılan istintaq çərçivəsində futbolçunu çirkli pulların yuyulmasında ittiham edir.

MSNews.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Prokurorluq Naynqolan üçün 2 il həbs və 105 min avro cərimə tələb edib.

İstintaqın məlumatına görə, futbolçu Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən cinayətkar qruplaşmaya məxsus 105 500 avronun leqallaşdırılmasında iştirak etməkdə şübhəli bilinir.

Araşdırma zamanı Naynqolanın cinayətkar qruplaşma ilə əlaqələndirilən şəxsdən böyük məbləğdə pul aldığı və sonradan həmin vəsaiti müxtəlif bank köçürmələri ilə qaytardığı müəyyən edilib. İttiham tərəfi köçürmələrdə saxta tikinti işlərinin göstərildiyini iddia edir.

Belçikanın “BRUZZ” nəşri yazır ki, futbolçu 2025-ci ilin yanvarında genişmiqyaslı polis əməliyyatı zamanı saxlanılıb və bir gecə həbsdə qalıb.

Naynqolan birbaşa narkotik ticarətində və cinayətkar təşkilata üzv olmaqda ittiham edilmir. Onun barəsində irəli sürülən ittiham yalnız çirkli pulların yuyulması ilə əlaqədardır.

Futbolçunun vəkilləri ittihamları rədd edir və noyabrın 13-də keçiriləcək məhkəmə iclasında bəraət tələb etməyi planlaşdırırlar.

Qeyd edək ki, 38 yaşlı Naynqolan hazırda Belçikanın ikinci liqasında mübarizə aparan “Patro Eisden” klubunda çıxış edir. Onun barəsində hələ yekun məhkəmə hökmü çıxarılmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti