İsrailli diplomat: “Təmirə kreslolar yox, bütün struktur ehtiyac duyur”

İsrailli diplomat Valid Qadban BMT zalından fotolar paylaşaraq təşkilatın fəaliyyətini tənqid edib. O, “təmirə ehtiyacı olan ayrı-ayrı kreslolar deyil, bütün strukturdur” ifadəsini işlədib.

6

İsrailli diplomat Valid Qadban BMT zalından fotolar paylaşaraq təşkilatın fəaliyyətinə tənqidi münasibət bildirib və “təmirə ehtiyacı olan ayrı-ayrı kreslolar deyil, bütün strukturdur” ifadəsini işlədib.

MSNews.az xəbər verir ki, Qadban fotoları sosial şəbəkə hesabında paylaşaraq kresloların vəziyyəti üzərindən BMT-nin institusional quruluşuna eyham vurub.

“Təmirə ehtiyacı olan ayrı-ayrı kreslolar deyil, təşkilatın bütün strukturudur”, – Qadban paylaşımında bildirib.

Qeyd edək ki, Valid Qadban İsrailin təcrübəli diplomatlarından biridir. O, son dövrədək İsrailin BMT və digər beynəlxalq təşkilatlar yanında Cenevrədəki daimi nümayəndəliyində nazir-müşavir vəzifəsində çalışıb. İsrailin Cenevrədəki daimi nümayəndəsi Daniel Meron sentyabrda Qadbanın bu missiyadakı fəaliyyətini başa vurduğunu açıqlamışdı.

Daha sonra Qadban İsrailin xarici işlər naziri Gideon Saarın siyasi komandasına daxil edilib. İsrail mediasının Saarın ofisinə istinadən yaydığı məlumata görə, Qadban bundan əvvəl Seneqalda İsrail səfirinin müavini və BMT sistemində diplomatik vəzifələrdə də çalışıb.

Qadban bundan əvvəl də BMT və digər beynəlxalq təşkilatların İsrailə yanaşmasını açıq şəkildə tənqid edən paylaşımları ilə diqqət çəkib. Məsələn, iyunda Beynəlxalq Əmək Təşkilatının konfransında onun çıxışı zamanı nümayəndələrin etirazından sonra israilli diplomat təşkilatdakı davranışları tənqid etmişdi.

Son paylaşım da İsrail rəsmiləri və diplomatlarının BMT-nin fəaliyyətinə qarşı son dövrlərdə səsləndirdiyi tənqidlər fonunda diqqət çəkib.