“Barselona” Lamin Yamalı Bakıya gətirməyəcək

“Barselona”nın ulduz futbolçusu Lamin Yamal zədə səbəbindən “Sabah”la Çempionlar Liqası matçını buraxacaq. Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

21

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”a qarşı keçiriləcək oyun üçün Bakıya gəlməyəcək. 18 yaşlı hücumçu zədəsini tam sağaltmaq məqsədilə İspaniyada qalacaq.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Kataloniya klubu noyabrın 23-də futbolçunun Bakı səfərində iştirak etməyəcəyini təsdiqləyib. Səbəb Yamalın sağ topuq nahiyəsində yaranmış zədədir.

İspaniyanın “EFE” agentliyi bildirir ki, futbolçunun sağ topuğunda yüngül narahatlıq var. Klubun tibbi heyəti onun sağlamlığını riskə atmamaq və bərpa prosesini davam etdirmək qərarına gəlib.

Beləliklə, “Barselona” Bakıda Azərbaycan çempionuna qarşı əsas hücumçularından biri olmadan mübarizə aparacaq.

“Report” agentliyinin məlumatına görə, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Görüş UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində baş tutacaq.